Xoşbəxt Yusifzadə Rusiya tərəfindən mükafatlandırıldı

Xoşbəxt Yusifzadə04.05.2015

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) “Elm və incəsənət cəngavəri” fəxri adına layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasından verilən xəbərə görə, Rəyasət Heyətinin iclasında AMEA prezidenti, akademik Akif Əlizadə “Elm və incəsənət cəngavəri” fəxri adı və döş nişanını alimə təqdim edib.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Elmira Ramazanovaya “Yer təkinin sistemli araşdırmaları” seksiyası üzrə RTEA-nın xarici üzvü diplomu təqdim edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button