
Xocalı faciəsi və Qarabağ davamız TRT WORLD kanalında -anons
Musavat.com xəbər verir ki, Xocalı soyqırımının ildönümündə Türkiyənin TRT WORLD kanalı Azərbaycanın haqq davasına dair silsilə verilişlər hazırlayıb. Aşağıda baxacağınız video – anons həmin silsilə verilişlərin xəritəsi qismindədir.
Sərhəd bölgələrində, dövlət qurumlarında, Şəhidlər Xiyabanında və Azərbaycanın çeşidli bölhəsində olan TRT WORLD əməkdaşları – Oubai Shahbandar (Presenter), Atakan Kerküklü (Field Producer).
Kürşat Uresin (Cameraman) – böyük bir iş bacarıblar. Sabahdan etibarən, TRT -nin yayım setində Azərbaycana dair silsilə verilişlər ingilis dilində dünyaya təqdim olunacaq.
![]()
![]()
TRT WORLD əməkdaşları Oubai Shahbandar (sağda) və Atakan Kerküklü (solda) çəkiliş sırasında “Yeni Müsavat”ın redaksiyasında da olublar

TRT WORLD əməkdaşı Atakan Kerküklü qəzetimizə müsahibə verərkən
![]()
Azərbaycan gerçəklərini silsilə verilişlərdə anladan TRT WORLD əməkdaşları Bakı bulvarında



