Xırdalanda atraksiondan yıxılıb ölən qadınla bağlı cinayət işi başlandı

Yayımlandı: 16 İyun 2023 13:02

Zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq maddəsi üzrə araşdırma aparılır

Xırdalandakı Heydər Əliyev parkında atraksiondan yıxılan 36 yaşlı Minayə Nuriyeva xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun ölümüylə əlaqədar Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Hadisə iyunun 8-də saat 17 radələrində baş verib. O, müxtəlif xəsarətlərlə Respublika Klinik Xəstəxanasına yerləşdirilsə də, iyunun 9-da səhər tezdən orada ölüb.

Cinayət Məcəlləsinin 314.2 maddəsində 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 5 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button