
“XƏRÇƏNG SAVAŞ ELAN EDİB” – ƏVƏZ ZEYNALLI
"Ölüm-dirim müharibəsi gedir - geri çəkilmir və əl çəkmir"

“Növbəti kursa başladıq. Nəticələr var. İrəliləmə də var, geriləmə də. Dərmanların dozası qaldırıldı. İki aylıq müalicə kursunun sonunda yenidən qərar veriləcək. Aytuğ Hoca deyir ki, nəticələr zəif olsa, yenidən kimyaterapiyaya başlaya bilərik”.
Bu sözləri Gununsesi.info-ya jurnalist, “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı deyib.
O, həmçinin qeyd edib:
“Xərçəng rəsmən savaş elan edib və geri çəkilmir. Ölüm-dirim müharibəsi gedir. Geri çəkilmir və əl çəkmir. Biz də əl çəkmirik. Əlimizdən gələn qədər vuruşuruq, dirənirik, qəbul etmirik. Qalib olacağımıza inanırıq. İnanırıq ki, Hocanın və həkimlərin köməyi, sevgili azərbaycanlıların da duaları sayəsində bu mənfur düşməni məğlub edəcəyik. İstənməyən düşmən mənim orqanizmimdə qala bilməz. Və… gedəcək. Allah hamımıza yar olsun! Sağlam olun, güclü olun!”
Qeyd edək ki, Əvəz Zeynallının xəstəliklə mübarizəsinə dəstək olmaq üçün aşağıdakı kart hesablna ianələr göndərmək mümkündür:
4169 7388 1844 0400, Avaz Zeynalov, Kapitalbank



