Xarici işlər naziri: Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır

Ermənistan isə bildirir ki, “sülh epoxasına” keçidi davam etdirməkdədir

Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Məlumatda qeyd olunur ki, nazir deyib ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurub.

“İndi belə demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Amma bunun nə qədər effektiv olacağını zaman göstərəcək”, – nazir qeyd edib.

Bu arada Yerevan sülh danışıqlarını və ümumilikdə “sülh epoxasına” keçidi davam etdirməyə hazır olduğunu bəyan edir.

Xatırlatma

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında sialahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Xocalı şəhəri daxil deyil) və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il fərmanı ilə tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Şuşa , Tərtər və Xankəndi şəhəri daxil olduğu ərazilər Qarabağ iqtisadi rayonu adlanır-red.) çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Hazırda Avropa Birliyi, ABŞ və Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistran arasında sülh sazişi ilə bağlı müzakirələr davam etdirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button