
Xaçaturyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanmasında maraqlıdır”
“Ermənistan Azərbaycanla sülhün əldə olunmasında və sülh müqaviləsi imzalanmasında maraqlıdır”.
“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun sədri Byorn Söderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Ermənistan hökumətinin bir məqsədi var – regionda sülhə nail olmaq və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq”, – Xaçaturyan bildirib.
Onun sözlərinə görə, İrəvan region ölkələri ilə mehriban qonşuluq münasibətləri qurmağa, regional kommunikasiyaların qarşısının alınmasına və sərhədlərin açılmasına sadiqdir.



