Xəzərdə, Xaçmaz yaxınlığında zəlzələ olub

İyulun 4-də saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.

Məlumatda vurğulanır ki, yerin 20 km dərinliydə olan zəlzələnin maqnitudası 5.7-yə bərabər olub.

Bundan əvvəl Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilirdi ki, təkanların episentri Xaçmaz rayonunun 80 kilometrliyində olub.

Yeraltı təkanlar Azərbaycanın bir sıra rayonlarında, o cümlədən paytaxt Bakıda hiss olunub.

Amma, hələlik, dağıntı və itki barədə məlumat yoxdur.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button