Vəkil: “Yıxıldı və gözünü açmadı…”

Saakaşvili aclığın 49-cu günündə huşunu itirdi

Gürcüstanın eks-prezidenti noyabrın 8-dən Tbilisinin 18 saylı həbsxana xəstəxanasına yerləşdirilib.
Gürcüstanın eks-prezideni Mixeil Saakaşvili vəkillərlə görüşdən sonra huşunu itirib. Xural.com xəbər verir ki, bu bərədə onun vəkillərindən biri, Beka Basilaya jurnalistlərə bildirib.
“Onunla görüşümüz bitəndən sonra otaqdan çıxdı, ayağı büdrədi və yıxıldı. Sonra xərək gətirdilər. Yıxılandan sonra onun nəsə dediyini eşitmədim”, – Basilya deyib.
Saakaşvilinin huşunu itirib-itirməməsi ilə bağlı jurnalistlərin sualının cavabında isə vəkil bildirib ki, baş verən hadisədən sonra o, gözlərini açmayıb.
Gürcüstan Penitensiar Xidmətinin rəsmi “Facebook” səhifəsində isə Saakaşvilinin vəziyyətinin stabil olduğuna dair məlumat yerləşdirilib.
“Mixeil Saakaşvilinin durumu stabildir. Tezliklə həkim-reanimatoloq mətbuata açıqlama verəcək”, – deyə məlumatda bildirilir.
Penitensiar Xidmətdən onu da bildirblər ki, hazırda vəkili Nika Qvaramiya Saakaşvilinin yanındadır.
Qeyd edək ki, Saakaşvili oktyabrın 1-dən, həbs olunduğu gündən aclıq elan edib. Noyabrın 8-dən isə Tbilisinin 18 saylı həbsxana xəstəxanasına yerləşdirilib.
Gürcüstanın sabiq prezidentinin həbsi
Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankı”nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* “İmedi” telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button