
Vəkil Yalçın İmanov Əvəz Zeynallının müdafiəsinə qoşuldu
Vəkil Yalçın İmanov Əvəz Zeynallının müdafiəsinə qoşuldu
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının müdafiəsini gücləndirmək məqsədilə vəkil Yalçın İmanov onun müdafiəsinə qoşulub. Xatırladaq ki, Yalçın İmanovdan əvvəl vəkillər Elçin Sadıqov və Mənsum Bayramov da baş redaktorun hüquqlarını müdafiə edirlər. Vəkil bu günlərdə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Əvəz Zeynallı ilə görüşəcək və bir sıra məqamları müzakirə edəcək.
XuralTAC




