Vəkil Vəkillər Kollegiyasının önündə özünü yandırıb

Yayımlandı: 1 Yanvar 2024 20:21

O, aldığı yanıq xəsarətlərindən ölüb

Vəkil Zaur Məmmədov intihar edib. Hadisə yanvarın 1-də axşam saat 19.00 radələrində paytaxtın Ceyhun Hacıbəyli küçəsində – Vəkillər Kollegiyasının binası qarşısında baş verib.

Salyan rayon Vəkil Bürosunun üzvü olan Zaur Məmmədov üstünə benzin tökərək, özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən ölüb.

Hazırda polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerindədir.

Zaur Məmmədovun 5 ildir ki, vəkil fəaliyyətilə məşğul olduğu bildirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button