Veteranlara 2 min manat birdəfəlik yardım ödəniləcək

Prezident İlham Əliyev İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden, habelə medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Bu gün, mayın 2-də imzalanan sərəncamda İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə yardımın məbləği 2 min manat nəzərdə tutulub. Bundan ötrü Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq.

1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsində SSRİ-nin tərkibində olan Azərbaycan SSR-dən ümumilikdə cəbhəyə 600 min insanin yola salındığı, onlardan təqribən yarısının həlak olduğu bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button