
Vasif Talıbov istefa verib
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. O, bu gün, dekabrın 21-də Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb.
Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb.
Bundan əvvəl son həftələr MR-də bir sıra vəzifəli şəxslərin həbsi və onların mənimsəmədə ittiham edilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Dekabrın 13-də MR-da Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs olunmuşdu.
Noyabrın 25-də də Naxçıvan Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov, bir neçə gün sonra isə MR-a Maliyyə naziri Rafael Əliyev barələrində mənimsəmə ittihamı ilə həbs-qətimkan tədbiri seçilmişdi.
Həbs edilənlərin ittihama münasibəti, hələlik, bəlli deyil.



