“Vaqner”in rəhbəri silah çatışmazlığından şikayətlənib, Şoyqu və Gerasimovu tənqid edib

“Orduda 70 faiz silah-sursat çatışmazlığı var”. Bu barədə Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib.

O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu tənqid edib.

Yevqeni Priqojin rusiyalı məmurların bahalı klublarda əylənməsindən və məmur övladlarının eyş-işrətini əks etdirən videolar çəkdirməsindən, eləcə də həmin görüntüləri “youtube”da yayımlamalarından söz açıb.

Qeyd edək ki, daha əvvəl xarici mediada Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında ziddiyyətin olmasına dair məlumat yayılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button