Vaqif Hüseynov əvvəllər Nazirlər Kabinetində işləyib

06.11.2012

Nazirlər Kabinetində Elşad Abdullayevin işi ilə bağlı açıqlama

ABU-nun sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı daha bir nəfər saxlanılıb. 

Məlumata görə, tutulan şəxs Nazirlər Kabinetinin əməkdaşı, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovdur. V. Hüseynov dələduzluqda təqsirli bilinir. O, Azərbaycan Beynəlxalq Universitetinə (ABU) lisenziya almaqda köməklik göstərəcəyini vəd edərək E. Abdullayevdən 1 milyon manat almaqda şübhəli bilinir.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli isə “Qafqazinfo”ya açıqlamasında Elşad Abdullayevin işi ilə bağlı saxlanılan Vaqif Hüseynov adlı şəxsin Nazirlər Kabinetində işləmədiyini bildirib.

Akif Əli baş nazirin müavini Elçin Əfəndiyevin belə bir köməkçisinin olduğunu təsdiqləsə də, sözügedən şəxsin 3 il əvvəl vəzifəsindən azad olunduğunu qeyd edib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button