Vəkilin intihar etdiyi bildirilir

Yayımlandı: 5 Fevral 2023 15:05

Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil

Vəkil Vüsal Mirzəyevin intihar etdiyi bildirilir. Hadisə Sumqayıtda onun yaşadığı evdə baş verib.

Məlumata görə, Vüsal Mirzəyev yaşadığı evin həyətindəki qaz borusundan özünü asaraq, intihar edib. Vəkilin hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.

Vüsal Mirzəyev. Foto: sosial şəbəkə

1977-ci il təvəllüdlü Vüsal Mirzəyev Sumqayıt Regional Vəkil Bürosunda çalışırdı. O, 10 ilə yaxındır vəkillik fəaliyyətilə məşğul olurdu.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button