Vərəm şöbəsinin müdirinin qətlində şübhəli bilinən şəxslər saxlanılıb

Yayımlandı: 14 Yanvar 2023 00:22

Onlara qarşı ittiham irəli sürülüb

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlinə görə üç nəfər həbs olunub. Bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.

Həbs olunanlar 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxri Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovdur. Onlara Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələrilə ittiham verilib.

Adları çəkilən şəxslərin bu ittihama münasibəti, özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.

Həkimin qətlilə bağlı istintaq Yevlax Rayon Prokurorluğunda aparılır.

1958-ci il təvəllüdlü Bəyaz Cabbarov yanvarın 11-də Yevlax şəhərində yaşadığı evdə 20-dən çox bıçaq zərbəsilə qətlə yetirilib. O, xəstəxanaya aparılarkən yolda keçinib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button