Ümumdünya Meteorologiya Təşkilatı: Dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək

Yayımlandı: 19 Avqust 2023 15:12

Təşkilat əmindir ki, insan fəaliyyəti, o cümlədən istixana qazları emissiyaları iqlim dəyişikliyinin əsas səbəbidir

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı bu ilin iyul və avqust aylarında Şimal yarımkürəsinin bir sıra regionlarındakı isti və quraq havaların gözlənilməz olmadığını açıqlayıb.

Bu haqda təşkilatın (WMO) iqlim üzrə eksperti Alvaro Silva Cenevrədə keçirdiyi brifinqdə danışıb.

Ekspert belə hava şəraitinin normal olduğunu deyib. Bildirib ki, son onilliklərdə isti hava kütlələri və güclü yağıntılar kimi hadisələrin tezliyi və intensivliyi artıb. Təşkilat əmindir ki, insan fəaliyyəti, o cümlədən istixana qazları emissiyaları iqlim dəyişikliyinin əsas səbəbidir.

Təşkilatın açıqlamasında qeyd olunur ki, isti hava şəraiti avqustun sonlarına qədər davam edəcək.

Avstriya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Polşa, Xorvatiya, Fransa və İsveçrə də daxil olmaqla, bir sıra Avropa ölkələrində havanın tempraturu 40 dərəcədən yüksək olacaq.

Bildirilib ki, dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək.

Alimlər hesab edirlər ki, hazırkı isti hava şəraiti planetdə son 120 min ilin ən isti dövrü hesab edilə bilər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button