Ukraynalı aktyorun Soledarda yaralandığı bildirilir

Yayımlandı: 11 Yanvar 2023 17:49

O, hava hücumundan müdafiə qüvvələrində xidmət etdiyini deyib

Ukraynalı aktyor Dmitri Linartoviçin Soledar şəhərində gedən döyüşlər zamanı ağır yaralandığı bildirilir.

Sosial şəbəkələrdə yayılan videoda evakuasiya maşınında lentə alınan videoda aktyor yaralanmasından danışıb.

“Salam, dostlar. Mən ukraynalı aktyor Dmitri Linartoviçəm. Hava hücumu qoşunlarının əsgəri. Unutmayın ki, biz Allahın bizə verdiyi yer üzündəyik, heç vaxt qırılmayacağıq, qalib gələcəyik”, – aktyor deyib.

“Vaqner” qrupunun (özəl hərbi şirkət) rəhbəri Yevgeni Priqojin bildirmişdi ki, Soledarın bütün ərazisi onlar tərəfindən nəzarətə götürülsə də, şəhərin mərkəzində döyüşlər davam edir.

DXR rəhbəri vəzifəsini icra edən Denis Puşilin isə demişdi ki, Soledarın tam ələ keçirilməsi respublikanın “tam azad edilməsinə” yol açacaq.

Rusiya 2022-cil il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Müharibə fonunda etiraz əlaməti olaraq bəzi rus sənətçiləri ölkəni tərk ediblər. Həmçinin Avropada fəaliyyət göstərən sənətçilərə səhnyə çıxmaq qadağaları da tətbiq olunub.

Rusiya mühüm beynəlxalq mədəniyyət tədbirlərindən kənarlaşdırılıb.

Döyüşlər zamanı Ukraynadan olan bir neçə aktyor və müğənni həyatını itirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button