Ukrayna Rusiyanı iki beynəlxalq konvensiyanı pozmaqda ittiham edib

Rəsmi Kiyev Beynəlxalq Ədalət Məhkəməsindən Rusiyanın iki beynəlxalq konvensiyanı pozduğunu tanımasını tələb edib. Bu barədə “TASS” xəbər verir.

Qeyd olunub ki, söhbət Rusiyanın Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanı və İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozmasından gedir. Buna əsaslanaraq Kiyev Moskvadan maliyyə təzminatının ödənilməsini almaq niyyətindədir.

Ukrayna tərəfi çərşənbə axşamı yekun iddialarını təqdim edib, Rusiya tərəfi bu iddiaya uyğun olaraq iddialarını iyunun 14-də təqdim edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button