
UKRAYNA ORDUSU 1355 GÜNDƏ NƏ İTİRDİ?
668 təyyarə, 283 helikopter, 95 801 PUA, 635 zenit-raket kompleksi, 25 925 tank, 1 611 reaktiv yaylım atəş sistemi, 31 194 artilleriya və minaatan, 46 243 xüsusi hərbi avtomobil...

Rusiya müharibənin 1355-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Xural.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 95 801 PUA-sı, 635 zenit-raket kompleksi, 25 925 tank və digər zirehli texnikası, 1 611 reaktiv yaylım atəş sistemi, 31 194 artilleriya və minaatanı, 46 243 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.



