Ukrayna ilk dəfə Rusiyadan atılan 'Kinjal' raketini vurduğunu bildirir

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiyanın hipersəsli “Kinjal” raketini vurduğunu açıqlayıb.

Bu barədə şənbə günü, mayın 6-da Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general Mikola Oleşçuk bildirib.

“Ukrayna xalqını tarixi hadisə münasibətilə təbrik edirik! Bəli, biz “analoqu olmayan “Kinjal”ı vurduq! .. Bu, mayın 4-də Kiyev vilayətinin səmasında gecə hücumu zamanı baş verib.”

Ukraynalı general “X-47” raketinin MiQ-31K təyyarəsi ilə Rusiya ərazisindən buraxıldığını və onun da bu yaxınlarda Ukraynaya çatdırılan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu deyib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib və müharibə hələ də davam edir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button