Ukrayna Baxmut ətrafında  20 kilometr ərazini azad etdiyini açıqlayıb

Yayımlandı: 17 May 2023 16:47

Müdafiə nazirinin müavini ağır döyüşlərin getdiyini deyir

“Donbassnews”un materialı

Bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafının şimal və cənubunda təxminən 20 kvadrat kilometr ərazini rus ordusundan azad edib. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

Onun sözlərinə görə, işğalçılar Baxmutun özündə bir qədər irəliləyir, şəhəri artilleriya ilə məhv edir.

“Ağır döyüşlər davam edir. İndiki vəziyyətdə qoşunlarımız maksimum və hətta daha çoxunu edir. Baxmutun müdafiəsinin bu qədər aylarla davam etməsi, hətta müəyyən sahələrdə irəliləyişin olması döyüşçülərimizin böyük səyi və müdafiə komandanlığının yüksək peşəkarlığıdır”, – deyə o qeyd edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button