
Tərtərdə mal-qara otaran sakinlər minaya düşüb: gəncin hər iki ayağı kəsilib
Yayımlandı: 2 Aprel 2024 18:29
Bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir
Tərtərdə mal-qara otaran sakinlər minaya düşüb. Hadisə Tərtərin Çaylı kəndində baş verib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Mina partlayışı nəticəsində 55 yaşlı Polad İsmayılov, 32 yaşlı Arzuman Tağızadə və 18 yaşlı Elmir Bağırov ağır xəsarət alıb. Hadisənin təmas xəttində, minalardan təmizlənməmiş ərazidə baş verdiyi bildirilir.
Zərərçəkənlərdən Elmir Bağırovun hər iki ayağı Bərdə Rayon Mərkəzi Xəstəxanasında amputasiya edilib. Həmin xəstəxanada olan Arzuman Tağızadənin də vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.



