
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs barəsində qərar verilib
Aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb

“Tərtər işi” ilə bağlı ittiham olunan Ramil Əhmədov, Fuad Ağayev, Fuad Axundov, Cavid Ağadadaşov, Qurban Cümşüdovun cinayət işi üzrə zərərçəkmiş tərəfin hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə qərar qəbul edib.
Qərara əsasən, zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Hərb Məhkəməsinin hökmünə əsasən, Ramil Əhmədov 9 il 6 ay, Fuad Ağayev 13 il, Fuad Axundov 9 il 6 ay, Cavid Ağadadaşov 4 il, Qurban Cümşüdov 4 il müddətə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.



