Türkmənistan Prezidenti: “Biz qardaş ölkələrik, qonşularıq”

“Mən bir məqamı da vurğulamaq istəyirəm. Hər halda Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir”. Bunu Türkmənistanda Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib.

“Hər halda biz yeganə neytral ölkəyik, qətnamə neytral ölkədə qəbul edilib. Biz qardaş ölkələrik, qonşularıq, lakin daha vacibi odur ki, qətnamə beynəlxalq səviyyədə qəbul edilib. Bu siyasi hadisəni inkişaf etdirmək lazımdır. Necə deyərlər, dəmiri isti-isti döyərlər”, – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, Türkmənistanın sədrliyi dövründə İƏT-in nüfuzunu artıran Qətnamə qəbul edilib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button