Türkiyədə zəlzələ nəticəsində daha iki voleybolçu həlak olub

Yayımlandı: 11 Fevral 2023 14:40

Hər iki qız “Adıyaman Gənclərbirliyi” komandasında çıxış edirmiş

Türkiyədə daha iki voleybolçu zəlzələ nəticəsində həyatını itirib.
Bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.

Federasiya qadınlardan ibarət “Adıyaman Gənclərbirliyi” komandasında çıxış edən Qamze Naz Cücük və Emine Arslanın zəlzələnin dağıntıları altında qalaraq öldüyünü bildirib.
Daha əvvəl voleybolçulardan Mehmet Can Ağırbaş, Emincan Kocabaş, Murat Çiloğullar, Betül Çoban Çakır və Bedrettin Çakır da zəlzələdə ölüblər.

Bir gün öncə isə Türkiyədəki zəlzələdə dağıntılar altında qalan Şimali Kiprə məxsus qızlardan və oğlanlardan ibarət voleybol komandasının 16 üzvünün həlak olması xəbəri yayılmışdı.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button