Türkiyə səfirliyinin qarşısında dəstək aksiyası keçirilib

Xural.com xəbər verir ki, dünən saat 14:00 radələrində  Bakı Müharibə Əlilləri və Veteranları (BMƏV) İctimai Birliyi Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) ilə birgə Türkiyə səfirliyinin qarşısında aksiya keçirib. Aksiyanın keçirilməsində məqsəd Türkiyə silahlı qüvvələrinin Afrində keçirdiyi hərbi əməliyyatlara dəstəkdir.

BMƏV İB sədri Fuad Rzayev aksiyada iştrak edənlərin adından TRT kanalına bildirib ki, “Aksiyamızın məqsədi Türkiyə silahlı qüvvələrinə Afrində keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədilə təşkil olunub. Biz öz dəstəyimizi davam edəcəyik. Biz qardaş Türk xalqının daimə yanında olacağıq.”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button