
TÜRKİYƏDƏ 46.000 AZƏRBAYCANLI TƏLƏBƏ TƏHSİL ALIR
Bu barədə Ankaradakı səfirimiz Rəşad Məmmədov danışıb

Azərbaycanın Türkiyədəkı səfiri Rəşad Məmmədov azərbaycanlı tələbələrin Türkiyədəki təhsili barədə danışıb.
Səfir bildirib ki, hazırda 46 min azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır.
Xural.org gununsesi.info-ya istinadən xəbər verir ki, Rəşad Məmmədov bu barədə Ankarada 20 Yanvar faciəsinin 36 illiyi ilə əlaqədar keçirilən tədbirdə çıxış edərkən danışıb.
“Onlar alim olmaq üçün deyil, bir-birinə dəstək olmaq və eyni məqsəd uğrunda birlikdə çalışmaq üçün çalışırlar. Eyni fəlsəfə və düşüncə ilə nəsillər böyüdülür”.
Səfir həmçinin qeyd edib ki, azərbaycanlı tələbələrin Türkiyədə təhsil alması sevindiricidir.



