
Türkiyədə seçkilərin ikinci turu başladı-canlı bloq
Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.
Bugünkü seçkidə 60 milyon 697 min 845 seçici 191 min 910 seçki məntəqəsində səs verəcək.
Səsvermə prosesi yerli vaxtla səhər saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.
Seçkidə 2 namizəd mübarizə aparır, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib. “Millət İttifaqı”nda isə Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
Mayın 14-də keçirilən birinci turda namizədlərdən heç biri 50 %-dən çox səs toplamadı. R.T.Ərdoğan 49,51 %, K.Kılıçdaroğlu 44,88 %, “Ata İttifaqı”nın namizədi Sinan Oğan 5,17 %, seçkilərdən 3 gün öncə yarışdan geri çəkilən Məmləkət Partiyasının sədri Mühərrəm İncə isə 0,43 % səs qazanmışdı.
S.Oğan II turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.
The post Türkiyədə seçkilərin ikinci turu başladı – canlı bloq appeared first on MEYDAN.TV.



