Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Bazar günü, 14 may Türkiyədə seçkilər keçirilir. Ölkə vətəndaşları həm yeni parlamenti, həm də yeni prezidenti seçirlər. Seçki məntəqələri yerli vaxtla səhər saat 8-də açılıb.

Dövlət başçısı postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Məmləkət” Partiyasının sədri Məhərrəm İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 20 ildən çoxdur ki, vəzifədədir. Seçkilərdə onun əsas rəqibi Kamal Kılıçdaroğludur. O, korrupsiyaya qarşı çıxışları və Türkiyənin Avropayönlü inkişaf yolu ilə tanınır.

Ekspertlərin fikrincə, bu, Türkiyə tarixində ən gərgin seçkilərdən biridir. Əgər birinci turda namizədlərdən heç biri 50%-dən çox səs toplamasa, ikinci tur mayın 28-də keçiriləcək.

Türkiyə seçkilər bir çox problemlər fonunda keçirilir. Üç ay əvvəl ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ 50 mindən çox insanın həyatına son qoyub. Dağıntıların baş verdiyi ərazilərdə geniş bərpa işləri tələb olunur.

Hökumətin 2019-cu ildən türk lirəsini gücləndirməsinə yönələn cəhdlər uğursuz olub, nəticəsində 2021-ci ilin sonuna ölkədə inflyasiya 36%-i, 2022-ci ildə 80%-i keçib.

Kürd azlığı və kürd separatçı hərəkatı məsələsi də həll olunmamış qalır.

Türkiyə vətəndaşları prezidentdən başqa parlamentə 600 deputat seçməlidir.

Seçki məntəqələri yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 18:00) bağlanacaq. İlkin nəticələr elə seçki bitəndən günü elan olunacaq.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button