Türkiyədə bələdiyyə seçkilərində səsvermə bitib, səslər sayılır

Yayımlandı: 31 Mart 2024 19:01

Ərdoğan gərgin kampaniya apardıqlarını deyib

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində səsvermə prosesi bitib.

81 şəhərdə, 973 rayonda və 390 qəsəbədə baş tutan seçki yarışına 34 siyasi partiyanın namizədi qatılıb.

Ən çox namizədin qeydə alındığı şəhər İstanbuldur.

Bələdiyyə sədri postu üçün 49 şəxsin namizədliyi irəli sürülüb. İstanbuldan sonra ən çox namizədin qeydə alındığı şəhərlər Qaziantep və Malatyadır, 29 və 28 namizəd qeydə alınıb.

Paytaxt Ankaranın Böyük Şəhər Bələdiyyəsinə 5 il müddətinə başçılıq etmək üçün isə 24 namizəd iddialıdır.

Ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan saat 13.15-də Saffet Çebi orta məktəbində səs veriblər.

Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan. Foto: “diken.com.tr”

R.T.Ərdoğan səsvermədən sonra jurnalistlərə deyib ki, bu qədər qısa müddətdə iki seçki milləti də, onları da yorub:

“Biz çox gərgin kampaniya apardıq”.

Türkiyənin dövlət başçısı bələdiyyə seçkilərinin ölkəsi üçün yeni dövrün başlanmasına səbəb olacağını deyib:

Bu seçki ölkəmizdə yeni dövrün başlanmasına səbəb olacaq. Bir tərəfdən parlament prezident seçkiləri, digər tərəfdən isə yerli özünüidarəetmə orqanlarına seçkilər… Ümid edirəm ki, bunlar ölkəmizdə yeni əsrin başlanmasına səbəb olacaq”.

Türkiyədə sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button