
Türkiyə ordusu son üç ildə Suriya və İraqın şimalında 1441 terrorçu zərərsizləşdirib
Türkiyə Silahlı Qüvvələri son üç ildə Suriya və İraqın şimalında 1441 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, noyabrın 20-dən etibarən başladılan yeni anti-terror əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı da bu rəqəmə daxildir.
Xatırladaq ki, Türkiyə ordusu 2019-cu ildə Suriya və İraqın şimalında “Pənçə” adlı anti-terror əməliyyatına başlayıb.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar daha əvvəl söyləmişdi ki, “Pənçə-Kilit” əməliyyatı sona yaxınlaşır.



