
Türkiyədə təyyarə qəzaya uğradı – VİDEO
Türkiyədə Ankaradan Trabzona uçan və “Pegasus Airlines” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Xural.com xəbər verir ki, Trabzon hava limanında baş verən hadisədə xəsarət alan olmayıb. İlkin məlumata görə təyyarənin göyərtəsində 162 sərnişin və 6 heyət üzvü olub. Onların hamısı təxliyyə edilib. Hadisə yerinə təhlükəısizlik və xilasetmə qüvvələri cəlb edilib. Yanğının qarşısı alınıb.



