Türkiyə millisinin kapitanı zəlzələ nəticəsində ölüb

Yayımlandı: 14 Fevral 2023 10:56

Onun oğlu da dağıntılar altında qalaraq vəfat edib

Həndbol üzrə Türkiyə milli komandasının kapitanı Cemal Kütahya zəlzələ nəticəsində vəfat edib.

Bu barədə məlumatı Türkiyə Həndbol Federasiyası yayıb.

Cemal Kütahya 5 yaşlı oğlu ilə birlikdə Hataydakı evində dağıntılar altında qalaraq ölüb. O, milli komanda ilə yanaşı, “Hatay Büyükşehir Belediyesi Spor” klubunda forma geyinib.

Kütahyanın dağıntılar altında qalan həyat yoldaşı və qayınanasının axtarışları isə davam etdirilir.

Son məlumata görə, Türkiyədəki zəlzələ nəticəsində 31 643 nəfər ölüb, 80 278 nəfər isə yaralanıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button