TRAMP QRENLANDİYANIN HƏR SAKİNİNƏ 1 MİLYON VƏD EDİR

Adanın ABŞ-a qatılması müqabilində

Qrenlandiyanın ABŞ-yə birləşməsinə səs verərlərsə, adanın hər bir sakininə 1 milyon dollar verilə bilər​.

Xural.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp adanın ölkəsinə qatılması müqabilində yerli əhaliyə belə bir təklif etmək niyyətindədir.

Lakin siyasətçinin bu ideyanı hələ nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, Danimarka krallığının muxtar ərazisi olan Qrenlandiyanın əhalisi 57 min nəfər təşkil edir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button