
Toylardan əldə edilən “gəlir” dövlət büdcəsinə veriləcək?
Yazıçı-kulturoloq Aydın Xan Əbilov maraqlı təkliflə çıxış edib. O, sosial şəbəkələrdə toylardan gələn gəlirlə bağlı açıqlamasında deyib:
“Azərbaycanda toylar və yaslarla bağlı vergi mədəniyyəti olmalıdır. Bir çox insan deyir ki, toylar üçün xərclər çəkilir, bu toy sahibindən çıxır, amma çox maraqlı və qəribədir ki, toy və yas sahibləri bu məslislər hesabına öz büdcəsini doldurur, yəni ailəyə əlavə gəlir daxil olur, amma həmin məbləğ vergiyə cəlb edilmir. Bir toydan 50-100 min yığıla bilər və bunun yarısı xərclərə gedir, o xərcləri kənara qoyuram, lakin real gəlir var və o gəlirin müəyyən faizi dövlətin büdcəsinə getməlidir. Yoxsa hər kəs uşaq pulu istəyir, pensiyaların artmasını tələb edir, məvaciblərinin artırılmasını istəyir, bəs dövlət bu pulu haradansa götürməlidir ki, artım da olsun”.



