“Tovuz işi” üzrə məhbusların həbs müddəti dəyişdirilmədi

Bakı Apellyasiya Məhkəməsi, “Tovuz işi” üzrə təqsirləndirilən şəxslərin barəsində  birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Bu barədə vəkil Elçin Sadıqov bildirib: “Bakı Apellyasiya Məhkəməsinin qərarı da qanunsuz və əsassızdır. Məhkəmənin qərarından kassasiya şikayəti verəcəyik. Məhkum edilmiş şəxslər, artıq üç gündür quru aclıq edirlər. Səhhətləri çox pisdir. Ayaq üstə dura bilmədiklərindən, oturaraq danışırdılar”. Sitatın sonu

Xatırladaq ki, Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli, bir neçə il öncə, Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar. Onlar, Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilir. Hazırda Bakı Apellyasiya Məhkəməsində “Tovuz işi” üzrə həbs olunmuş şəxslərin məhkəmə prosesi davam etdirilir. Prosesə, hakim İlqar Murğuzov sədrlik edib. Bakı Ağır Cinayətlər Məhkəməsi onların barəsində 2 il 6 aydan 8 ilə kimi hökm çıxarıb.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir və qurama kimi qiymətləndirirlər. Bu səbəbdən təqsirləndirilən şəxslər, iyulun 27-də məhkəmənin hökmünə etiraz olaraq aclığa başladıqlarını bildiriblər. Avqustun 5-dən isə sudan da imtina edərək quru aclığa başladıqlarını bəyan ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button