Tofiq Yaqubluya 30 sutka həbs verilib

Dekabrın 23-də Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Vəkil Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, Yaqublu Bakıda Fəvvarələr Meydanında müsahibə verəndə saxlanıb.

Yaxınlarının bildirməsinə görə, Tofiq Yaqublu məhkəmədə bildirib ki, “bu siyasi sifarişdir”.

O, İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrini pozmaqda günahlandırılıb.

Məsələ ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.Amma rəsmilər birqayda olaraq ölkədə siyasi sifarişlərlə həbslərin aparılması fikirini qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button