
TİFLİSDƏ SON 3 GÜNDƏ 60 ETİRAZÇI SAXLANILDI
Onların içində həmkarımız Əfqan Sadıqlı da var...

Son üç gün ərzində Tbilisidə 60 etirazçı saxlanılıb.
Xural.org APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, həmin şəxslər yığıncaqların və nümayişlərin keçirilməsi ilə bağlı qaydaları pozublar.
Qeyd olunub ki, patrul polisi dəfələrlə aksiya iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırsa da, onlar yolu bağlayaraq nəqliyyatın hərəkətinə maneələr yaradıblar.
DİN bir daha aksiyaçıları qanuna zidd hərəkətlərdən çəkinməyə çağırıb.
Xatırladaq ki, oktyabrın 17-dən Gürcüstanda aksiyaların keçirilmə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. Aksiya zamanı yolun qanunsuz olaraq bağlanılmasına görə 15 sutkalıq inzibati həbs tətbiq olunur.
Xural.org xatırladır ki, həbs olunanlardan biri də siyasi səbəblərlə Gürcüstanda saxlanılan həmkarımız Əfqan Sadıqlıdır. Gürcü polisi onu 14 sutkalıq həbs edib.



