
Tel-Əviv – Moskva təyyarəsi Bakıya məcburi enib
Bu, bir sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) baş verib
Bugün, avqutun 1-də Tel-Əviv – Moskva marşrutu üzrə reys yerinə yetirən “El Al İsrael Airlines” aviaşirkətinin hava gəmisinin kapitanı Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “Turan” İnformasiya Agentliyinə bildirilib ki, bu bir sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) baş verib.
Qurumdan vurğulandığına görə, təyyarə yerli vaxtla saat 12:44 dəqiqədə Bakı hava limanına enib.
“Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib” – Bakı Beynəlxalq Aeroportundan qeyd edilib.



