
TƏKCƏ MÜHARİBƏYƏ İLDƏ 120 MİLYARD DOLLAR XƏRCLƏYİRİK
Zelenski: "“A” planı müharibəni bitirməkdən ibarətdir, “B” planı isə..."

Ukrayna prezidenti Volodimir Zelenski
Ukrayna müharibəyə ildə 120 milyard dollar xərcləyir. Büdcəmiz bu məbləğin yarısını ödəyə bilir.
Xural.org Bakupost.az-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa Parlamentinin sədri Roberta Metsola ilə Kiyevdə keçirdiyi brifinq zamanı söyləyib.
“Ümid edirəm ki, bu müharibəni bitirəcəyik. “A” planı müharibəni bitirməkdən ibarətdir. “B” planı isə 120 milyard dollardır. Bu, böyük çağırışdır”, – deyə Zelenski bildirib.



