
TƏBİB dərmanı gizlədir?
Azərbaycanda bir neçə aydır uşaqların boyunu artırmaq üçün dövlətin verdiyi bahalı dərman preparatının xəstələrdən əsirgəndiyi bildirilir.
Bu barədə həkim Aydın Əliyev məlumat yayıb. Onun sözlərinə görə, həmin dərman “öz adamlarına” verilir, yüzlərlə ehtiyacı olan uşaqlara isə “naməlum” və “qaranlıq” səbəblərdən çatdırılmır: “Hazırkı iqtisadi çətin durumda olan valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər. Bu insanlar çox çətin duruma düşüblər”.



