Tarixi hadisə baş verib – İsrail XİN başçısı BƏƏ-yə səfər edib

İsrailin xarici işlər naziri Yair Lapid Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

 İsrail XİN başçısı “Twitter”də səfərini tarixi hadisə kimi qiymətləndirib.

Bu, ötən ilin sentyabr ayından bəri iki ölkə arasında münasibətlər normallaşdıqdan sonra ilk yüksək səviyyəli səfərdir.

Səfər çərçivəsində Yair Lapid Əbu-Dabidə İsrail səfirliyinin, Dubayda isə konsulluğun təsis edilməsi ilə bağlı mərasimdə iştirak edəcək.

İsrail XİN başçısı BƏƏ-li həmkarı Abdulla bin Zayed Əl Nahyan, iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əl Sayeq və mədəniyyət naziri Nura Əl Kaabi ilə görüşəcək.

Yair Lapidin Əbu-Dabi və Dubaydakı yəhudi icmalarının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.

İsrail XİN başçısı BƏƏ-yə səfər edib

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button