
Tarixi abidələrin sökülməsinə etiraz edən gənc həbs edildi
FaktXəbər-in məlumatına görə, gənc fəal Fuad Hacıyev “Qara şəhər”də sakinlərə vərəqə paylayaraq öz haqlarını tələb etmələri üçün çağırış edib. Bugün səhər saatlarında F.Hacıyevin evinə polislər gəlib və onu polis bölməsinə, sonra da Xətai Rayon məhkəməsinə aparıblar. Bir nəfər polis işçisinin yazılı şikayəti əsasında məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə təqsirli bilib və gənc fəalı 10 sutkalığa azadlıqdan məhrum edib.
Qeyd edək ki, Qaraşəhəri söküb Ağşəhər tikmək istəyirlər. Sakinlər onlara konpensasiyanın tam ödənilmədiyini bildirirlər. Gənc fəal Fuad Hacıyev də Qaraşəhər sakinidir və orada yaşayanlara vərəqə paylayırmış.




