TANINMIŞ VƏKİLİN EVİ QARƏT OLUNUB

"Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenirlə və... anamın yadigarı olan qədimi xalça...”

Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.

Xural.org xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar: “Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb: “İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button