Tanınmış sabiq bələdiyyə sədri həbs edildi

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xural.com Unikal.org-a istinadən xəbər verir ki, Aytac Əliyeva məhkəmənin qərarı ilə, həbs edilib.

Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub.

O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.

Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın həbsi ilə bağlı açıqlama verib. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, A.Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq ediblər. Belə ki, onlar vətəndaşların birindən 200 min, digərindən isə 189 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə və saxta sənəd hazırlama və satma, onun bacısı İ.Əliyeva isə dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq hərəkətləri davam etdirilir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button