Şəhər polis rəisi və paytaxt prokuroru Əli Kərimli ilə söhbət ediblər

27.05.2012

Bu gün paytaxt polis idarəsinə çağırılan AXCP lideri Əli Kərimli ilə şəhər polis rəisi Rafiq Abbasov və şəhər prokuroru Əziz Seyidov söhbət ediblər.

Ona bildirilib ki, İctimai Palatanın keçirdiyi etiraz aksiyaları hüquq-mühafizə orqanları üçün problemlər yaradır. Bu barədə Turan-a Kərimlinin vəkili Fəxrəddin Mehdiyev bildirib.

Buna cavabda Kərimli İctimai Palatanın qanuna uyğun olaraq meriyaya mitinq keçirilməsi haqqında bildirişlə müraciət edir, lakin şəhər hakimiyyəti müxalifətin təklif etdiyi yerlərdə mitinqlərə icazə vermir. Meriya mərkəzdən uzaq, aksiya üçün əlverişli olmayan yerləri təklif edir.
 Daha sonra Kərimli ilə istintaq şöbəsinin rəisi Nazim İsmayılovun iştirakı ilə müstəntiq İsmayıl Əliyev söhbət edib. Kərimlidən İctimai Palatanın dünən bulvarda keçirdiyi gəzinti-aksiyası ilə bağlı ifadə alınıb.
 Kərimli bildirib ki, bu, fleşmob şəklində dinc aksiya idi və qanunvericilik bu kimi toplantıların razılaşdırılmasını tələb etmir. Bundan başqa, aksiya iştirakçılarına qarşı qanun pozulub, onlar güc tətbiq olunaraq saxlanılıb.
Kərimli qeyd edib ki, bu, toplaşmaq azadlığının pozulmasına etiraz və “vicdan məhbuslarının” azad edilməsi tələbi ilə keçirilən sakit dinc aksiya idi.
Bundan əlavə, o bildirib ki, dünən axşamdan səhər qədər naməlum şəxslər dəfələrlə onun qapısını döyüblər və o, təhlükəsizliyi nöqteyi-nəzərdən qapını açmayıb.

Kərimliyə heç bir yazılı xəbərdarlıq edilməyib. Lakin şifahi şəkildə razılaşdırılmamış aksiyalar keçirilməsinin yolverilməz olduğu bildilib. Buna cavab olaraq Kərimli hakimiyyətin toplaşmaq azadlığına hörmət etməli olduğunu bildirib.

http://contact.az/docs/2012/Politics/05266045az.htm

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button