Səfirlik: ABŞ davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir

2

“Amerika Birləşmiş Ştatları atəşkəsin təsdiqini alqışlayır və tərəfləri ona sadiq qalmağa çağırır”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi “Facebook” səhifəsində bildirilir.

“Amerika Birləşmiş Ştatları atəşkəsin təsdiqini alqışlayır və tərəfləri ona sadiq qalmağa çağırır. Minsk Qrupunun və ATƏT-in Almaniya Sədrliyinin dəstəyi ilə, Minsk Qrupunun həmsədrləri tərəfləri ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə hərtərəfli həll üçün dərhal danışıqlara başlamağa dəvət etmək məqsədilə regiona səfər edirlər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, Amerika Birləşmiş Ştatları davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir”, – deyə açıqlamada qeyd olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button