Sumqayıtda kollec yataqxanasında yanğın

Yanvarın 17-də gecə saatlarında Azərbaycanın böyük şəhərlərindən sayılan Sumqayıtda kollecin yataqxanasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, bu şəhərin 22-ci məhəlləsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat alıblar.

Artıq hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzi qüvvələrinin cəlb olunduğu qeyd edilir:

“Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.”

Hələlik, yanğının səbəbi və onun miqyası barədə məlumat verilmir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button