
Söyüdlüdəki şirkətin fəaliyyəti dayandırılıb
İyulun 13-də Söyüdlü məsələsinin araşdırılması ilə bağlı yaradılmış Komissiyanın ikinci iclası keçirilib.
İclasda baş nazir Əli Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
Baş nazir Söyüdlüdəki şirkətin işindəki ciddi nöqsanları tənqid edib.
Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji audit aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət olunub və onun yaxın günlərdə Azərbaycana səfəri gözlənilir.
Əsədov bildirib ki, Söyüdlü kəndində şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmayıb və bunu ciddi nöqsan adlandırıb.
Baş nazir vurğulayıb ki, Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilib.
Bu da xəbər verilir ki, Səhiyyə Nazirliyinə aidiyyəti üzrə daimi nəzarətin həyata keçirilməsi tapşırılıb.



